“Mərhələ adlamaq üçün 1 qələbə kifayət etmir”
03.03.2011 - 14:57
“Mərhələ adlamaq üçün 1 qələbə kifayət etmir”
“İlk matçda qələbə qazanmağımıza baxmayaraq, cavab görüşünə çox ciddi hazırlaşmışıq. Çünki mərhələ adlamaq üçün 1 oyunda qələbə kifayət etmir”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.

Bu gün Çempionlar Liqasının II pley-off mərhələsində Polşanın “Bank BPS Fakro” komandasını sınağa çəkəcək Azərbaycan Super Liqasının qalibi mərhələ adlamaq arzusundadır. Son ölkə çempionun serbiyalı baş məşqçisi Brdjoviçin sözlərinə görə, bunun üçün ilk setdən təşəbbüsə yiyələnmək lazımdır: “Çətin oyun olacaq. Bunun üçün cavab qarşılaşmasını da qələbə ilə başa vurmaqdan ötrü əlimizdən gələni edəcəyik. Əsas məqsədimiz “Dördlər finalı”na vəsiqə qazanmaqdır”.

Qeyd edək ki, “Rabitə” səfərdə “Bank BPS Fakro”nu 3:0 hesabı ilə məğlub etmişdi.
0