Şərikli rekord - STATİSTİKA
04.03.2011 - 00:07
Şərikli rekord - STATİSTİKA
Bakının “Rabitə” voleybol klubu “Azərreyl”ə məxsus Azərbaycan rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, “rabitəçilər” buna Çempionlar Liqasının “Dördlər finalı”na yüksəlməklə nail olublar.

Belə ki, II pley-off mərhələsində Polşanın “Bank BPS Fakro” komandasını mübarizədən kənarlaşdıran “Rabitə” Azərbaycan voleybol tarixində Avrokubokların yarımfinalında iştirak edəcək II klub kimi tarixə düşüb. Onlar bundan öncə eyni uğura ötən il imza atmışdılar. Həmin vaxt CEV kubokunun “Dördlər finalı”nda iştirak hüququ qazanan Super Liqanın son qalibi bürünc mükafatla kifayətlənmişdi.

“Azərreyl” isə qitə miqyaslı yarışlarda debütdə bu hüquqa yiyələnmişdi. 2001/2002-ci illər mövsümündə “Top komandalar” kubokunun “Dördlər finalı”nda qüvvəsini sınayan klub 2003/2004-cü illər mövsümündə Çempionlar Liqasında da 1/2 finala çıxmağı bacarmışdı. İlk yarışda çempion adını qazanan “Azərreyl” Avropanın ən güclülərinin mübarizəsində 4-cü olmuşdu.

Qeyd edək ki, indiki CEV kuboku 1972/1973 mövsümündə “Kuboklar kuboku”, 2000-2007-ci illərdə “Top komandalar” kuboku adlanıb.

“Azərreyl”

Top komandalar kuboku, 2001/2002
“Dördlər finalı”, Bakı

9 mart, 2002
Yarımfinal

“Bank Poçtovi” (Polşa) – “Azərreyl” – 0:3 (24:26, 17:25, 16:25)

Final
10 mart, 2002

“Azərreyl” – “Yedinstvo” (Yuqoslaviya) – 3:0 (25:13, 25:15, 25:13)

Çempionlar Liqası, 2003/2004

“Dördlər finalı”, İspaniya (Tenerife)
Yarımfinal

20 mart, 2004
“Azərreyl” – “Tenerife” (İspaniya) - 0:3 (16:25, 24:26, 20:25)

Üçüncü yer uğrunda
21 mart

“Azərreyl” – “Kann” (Fransa) – 1:3 (26:24, 23:25, 26:28, 18:25)

“Rabitə”

CEV kuboku, 2009/2010
“Dördlər finalı”, Bakı

Yarımfinal
20 mart, 2010

“Rabitə” – “Yamamay” (İtaliya) – 2:3 (15:25, 25:22, 21:25, 25:17, 12:15)

Üçüncü yer uğrunda

“Rabitə” – “Uraloçka” (Rusiya) – 3:1 (16:25, 25:12, 25:22, 25:16)
0