Staroviç ən yaxşı oldu
03.03.2011 - 19:10
Staroviç ən yaxşı oldu
Çempionlar Liqasının II “Rabitə” (Azərbaycan) - “Bank BPS Fakro” (Polşa) görüşündə ən çox xal toplayan voleybolçunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu ada növbəti dəfə Bakı klubunun serbiyalı legioneri Sanya Staroviç layiq görülüb. O, rəqib komandanı 17 dəfə məyus etməyi bacarıb.

Onunla yanaşı, Azərbaycan çempionunun heyətində Natalya Məmmədova, Nataşa Krsmanoviç hərəyə 15, Kimberli Qlass, Mira Qoluboviç hərəyə 6 və İrina Jukova isə 3 xal toplayıb.

“Bank BPS Fakro”nun voleybolçularından isə Anyeşka Bednerek-Kasza olub. O, aktivinə 8 xal yaza bilib.

Qeyd edək ki, “Rabitə” II pley-off mərhələsinin hər 2 görüşündə “Bank BPS Fakro”ya qalib gəlməklə “Dördlər finalı”na yüksəlib.
0