“Azarkeşlərimizə “çox saq ol” deyirəm”
03.03.2011 - 19:45
“Yetirmələrimə təşəkkürümü bildirirəm. Çünki onlar qarşıya qoyduğumuz vəzifənin öhdəsindən layiqincə gəldilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.
Serbiyalı çalışdırıcı Çempionlar Liqasının II pley-off mərhələsində Polşanın “Bank BPS Fakro” komandasına 3:0 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “Sevindiricidir ki, hər 2 görüşü qələbə ilə başa vuraraq, “Dördlər finalı”na vəsiqə qazandıq. Bu uğurumuzda bizə həmişə dəstək olan azarkeşlərimizə “çox saq ol” deyirəm. Çünki bu Çempionlar Liqasında bizim Bakıda son oyunumuz idi. Amma fanatlarımızın dəstəyini həmişə hiss etmişik”.
Qeyd edək ki, “Rabitə” ilk matçda da “Bank BPS Fakro”nu 3:0 hesabı ilə məğlub etmişdi.

0
0