“Bakıda rəqiblərimiz ya bizdən, ya da azarkeşlərdən qorxur”
03.03.2011 - 20:04
“Qızlar bu gün əla oynadılar. Layiq olduğumuz qələbəni qazandıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Rabitə” klubunun voleybolçusu Bojana Doqaniç deyib.
Serbiyalı legioner Çempionlar Liqasının II pley-off mərhələsində Polşanın “Bank BPS Fakro” komandasını mübarizədən kənarlaşdırdıqları qarşılaşmalara münasibət bildirib: “Bakıda biz həqiqətən əla oynayırıq. Bunun nəticəsi olaraq, bu mövsüm ÇL-in bütün görüşlərində qələbə qazandıq. Burada rəqiblərimiz ya bizdən, ya da azarkeşlərimizdən qorxur. Çünki bizi evdə məğlub edən komanda tapılmadı. Artıq növbəti oyun haqqında fikirləşməliyik. İnanıram ki, “Dördlər finalı”nda da qələbələrimizlə fanatlarımız sevinc bəxş edəcəyik”.

0
0