Türkiyədəki azərbaycanlılar “Rabitə”yə sürpriz hazırlayırlar
04.03.2011 - 16:18
Türkiyədəki azərbaycanlılar “Rabitə”yə sürpriz hazırlayırlar
“Rabitə” voleybol klubunun “Dördlər finalı”na çıxması bizi çox sevindirdi. Çünki İstanbulda təhsil alan azərbaycanlılar komandanın “Dördlər finalı”na yüksəlib, Türkiyəyə gəlməsini səbirsizliklə gözləyirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “11-ci sektor” azad azarkeş qrupunun rəhbəri Elnur Şərifliyə məxsusdur.

O, qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na yüksələn Azərbaycan təmsilçisi “Rabitə”nin İstanbulda keçiriləcək həlledici oyunlarda dəstəksiz qalmayacağını bildirib: “Biz “11-ci sektor” olaraq fəaliyyətimizi burda da davam etdirəcəyik. Çalışacağıq ki, İstanbuldakı bütün tələbələri öz ətrafımızda toplayaq. Oyuna hazırlığı isə artıq indidən başlamışıq. İlk növbədə “Facebook” sosial şəbəkəsi vasitəsilə bütün tələbələri bu haqda məlumatlandırırıq. Oyun zamanı isə rəqibə biz çox sürprizlər edəcəyik, şoular göstərəcəyik. Arenada elə ab-hava yaradacağıq ki, “Rabitə” özünü səfərdə deyil, öz meydanında hiss edəcək. İstanbulda təhsil alan bütün həmyerlilərimizi də martın 19-20-dəki matçlara çağırırıq”.
0