“Azərreyl” uduzdu, “Rabitə” çempion oldu - YENİLƏNİB
07.03.2011 - 18:34
Bu gün qadın voleybolçular arasında Super Liqanın II dövrəsinin son turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, X turun görüşlərində sensasiya qeydə alınmayıb.
Günün ilk matçında, “Şirvan” - “Rabitə” görüşündə gözlənildiyi kimi, Dejan Brdjoviçin yetirmələri quru hesablı qələbə qazanıb. İlk setdə 25:17 hesabı ilə qələbə qazanan Azərbaycan çempionu növbəti hissədə 14 dəfə səhvə yol verib – 25:14. Sonuncu setini isə Çempionlar Liqasının yarımfinalçısı daha asan qazanıb. Onlar 25 xal topladıqları halda, Adnan Kistakın yetirmələri 9 xala seviniblər.
Bundan sonra meydana çıxan “Bakı” və “Lokomotiv” komandalarının oyunda “dəmiryolçular” üstün olublar. İlk matçda 3:1 hesablı qələbəyə sevinən Super Liqanın gümüş mükafatçısı bu dəfə də eyni hesabla qalib gəlib. Düzdür, II setdə “Bakı” hesabı bərabərləşdirərək, oyunda dönüş yaratmağa yaxın olub. Lakin “Lokomotiv” ardıcıl 2 hissədə qalib gələrək matçın yekun hesabını müəyyənləşdirib – 3:1.
Turun mərkəzi görüşü isə “Azərreyl” və “İqtisadçı” arasında olub. İkinci yer uğrunda “döyüş”ün hər seti gərgin mübarizə şəraitində keçib. Universitet komandası ilk hissədə çətin qələbə qazansa da, Vüqar Əliyevin yetirmələri oyunun axarını öz xeyrinə dəyişməyi bacarıblar. Lakin bu 2 set davam edib. Yenidən öz oyunu tapan “İqtisadçı” hesabı bərabərləşdirdikdən sonra tay-breki də öz aktivinə yazmağı bacarıb.
Beləliklə, son çempion “Rabitə” II dövrənin yekunlarına əsasən də I oldu.
X tur
“Şirvan” - “Rabitə” - 0:3 (17:25, 14:25, 9:25)
İlk oyun: “Rabitə” - “Şirvan” - 3:0 (25:13, 25:17; 25:16)
“Bakı” - “Lokomotiv” - 1:3 (13:25, 25:22, 24:26, 24:26)
İlk oyun: “Lokomotiv” – “Bakı” - 3:1 (25:20, 20:25, 25:18, 31:29 )
“Azərreyl” - “İqtisadçı” - 2:3 (23:25, 25:17, 27:25, 18:25, 12:15)
İlk oyun: “İqtisadçı” - “Azərreyl” - 2:3 (25:27, 14:25, 25:22, 26:24, 12:15)

1 | Rabitə | 10 | 8 | 2 | 26-8 | 18 |
2 | İqtisadçı | 10 | 8 | 2 | 26-10 | 18 |
3 | Azərreyl | 10 | 7 | 3 | 24-11 | 17 |
4 | Lokomotiv | 10 | 4 | 6 | 15-22 | 14 |
5 | Bakı | 10 | 2 | 8 | 9-24 | 12 |
6 | Şirvan | 10 | 1 | 9 | 4-29 | 11 |
0
0