Vüqar Əliyev: “Çelenc Cup”a hazırlığımız “İqtisadçı” ilə oyundan asılıdır
07.03.2011 - 11:42
“Komandamızı bu gün yalnız qələbə qane edəcək. Çünki bizim “Çelenc Cup” turnirinin yarımfinalına hazırlığımızı bu görüşün nəticəsinə əsasən planlaşdıracağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.
O bildirib ki, Super Liqanın bu gün keçiriləcək X turunda “İqtisadçı”ya qalib gələcəkləri halda Rusiyanın “Uraloçka” komandası ilə oyuna ölkə xaricində hazırlaşa bilərlər: “Biz “İqtisadçı”nı məğlub etməklə, işimizi asanlaşdıracağıq. Çünki reqlamentə əsasən turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşacaq komandalar pley-offda mübarizə aparmayacaqlar. Bizim də əsas istəyimiz özümüzə ehtiyat gün qazanmaqdır. Bunun üçün hər 2 yarış üçün təlim-məşq toplanışımız son turun oyunundan asılı olacaq”.
Əliyevin sözlərinə görə, turnir cədvəlində II yeri tutacaqları halda təlim-məşq toplanışı üçün Rusiyaya yollana bilərlər. “Çelenc Cup” turnirinin yarımfinalında “Uraloçka” ilə qarşılaşacaq “Azərreyl” rəqibin onların hazırlıqlarını izləməsindən ehtiyatlanmır. Gənc mütəxəssis bildirib ki, artıq rəqibdə onlar barədə kifayət qədər məlumat var: “Super Liqada birbaşa finala yüksəlsək, məşqlərimiz ölkə xaricində davam etdirəcəyik. Bu çox güman ki, Rusiya olacaq. Orada hazırlıq keçməyimiz isə bizə problem yaratmayacaq. Başa düşürəm, “Uraloçka” rəsmiləri məşqlərimizi izləyəcəklər. Ancaq burada problem yoxdur. Mən bilirəm ki, artıq onlarda bizim oyunlarımız barədə kifayət qədər məlumat var. Bunun üçün indiki zamanda rəqibdən nəsə gizləmək mümkün deyil”.
Qeyd edək ki, “Azərreyl” ilk matçda “İqtisadçı”ya 3:2 hesabı ilə qalib gəlib.

0
0