25 manat ver, Azərbaycan çempionunu izlə
07.03.2011 - 17:33
Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nın biletləri bu gündən satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun da mübarizə aparacağı son 2 mərhələnin oyunlarını canlı izləmək azarkeşlərə 100 lirəyə (təxminən 50 manat) başa gələcək.
Voleybolsevərlər 1 günün qarşılarına baxmaq istəsələr, 50 lirələrindən keçməli olacaqlar.
Qeyd edək ki, martın 19-da keçiriləcək yarımfinallarda ilk olaraq meydana “Rabitə” – “Skavolini” (Bakı vaxtı ilə saat 17:00), ardınca “Fənərbaxça” – “Vakıfbank Günəş Sığorta” (Bakı vaxtı ilə saat 20:00) çıxacaqlar. Bir gün sonra isə uduzanlar 3-cü yer uğrunda, qalib gələnlər isə çempion adı üçün mübarizə aparacaqlar.

0
0