Pley-off mərhələsinin cütləri müəyyənləşdi
07.03.2011 - 20:00
Qadın voleybolçular arasında Super Liqanın II dövrəsi başa çatıb. Apasport.az saytının məlumatına görə, son çempion “Rabitə” 10 oyunun yekununa əsasən yenidən Azərbaycanın ən güclüsü olduğunu nümayiş etdirib. Onlar 18 xal toplayaraq fasiləyə I yerdə yollanıblar.
II yeri isə “Azərreyl”ə tay-brekdə qalib gələn “İqtisadçı” komandası tutub. Universitet komandası Dejan Brdjoviçin yetirmələri ilə eyni xal toplasalar da, set fərqinə görə onlardan geri qalıblar. Lakin “dəmiryolçular” üzərində çətin qələbə sayəsində “İqtisadçı” reqlamentə əsasən pley-off mərhələsindən azad olub.
Həlledici matçlarda turnir cədvəlində 3-cü yeri tutan “Azərreyl” 6-cı yerin sahibi “Şirvan”la qarşılaşacaq. Digər cütlükdə isə 4-5-ci yerdə qərarlaşan “Lokomotiv” və “Bakı” üz-üzə gələcəklər. Bu klublar 2 qələbəyə kimi bir-birlərinin gücünü yoxlayacaqlar. Cütlüklərin qalibləri növbəti mərhələyə yüksələcək və ilk 2 yerin sahibi ilə yenidən qarşılaşacaqlar. Dairəvi sistem üzrə təşkil ediləcək oyunlarda əvvəlki mərhələlərdə yığılan xallar nəzərə alınmayacaq. Burada keçiriləcək 3 turda isə ən çox xal yığan komanda isə çempion adını qazanacaq.
Qeyd edək ki, ilk 2 pillədə qərarlaşacaq komandalar pley-offda istirahət edəcəklər.

0
0