“Uraloçka”nın Bakıya gələcəyi tarix dəqiqləşdi
09.03.2011 - 10:45
“Uraloçka”nın Bakıya gələcəyi tarix dəqiqləşdi
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin yarımfinal görüşlərinin vaxtları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə mübarizə aparan Bakının “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” klublarının hər üçü doğma publika qarşısında oynayacaqlar.

Rusiya “Uraloçka”sı ilə qarşılaşacaq “Azərreyl” martın 15-də ilk matçına çıxacaq. Oyun saat 18:00-da start götürəcək. Cavab görüşü isə martın 19-na təsadüf edəcək. Yekaterinburqda olacaq oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

“Çelenc Cup”ın yarımfinalında üz-üzə gələcək “Lokomotiv” – “İqtisadçı” dueli isə martın 16-da və 20-də keçiriləcək. Hər 2 oyun saat 18:00-da start götürəcək.
0