“Bakı”nın oynayacağı tarix dəqiqləşdi
09.03.2011 - 16:06
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının pley-off mərhələsinin ilk görüşlərinin keçirilmə tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, həlledici oyunlar martın 11-də baş tutacaq.
Günün ilk matçında “Lokomotiv” “Bakı”nı sınağa çəkəcək. Qarşılaşma saat 16:00-da başlayacaq. Bu dueldən 2 saat sonra meydan “Azərreyl” – “Şirvan” komandalarının ixtiyarına veriləcək. Növbəti mərhələyə yüksələcək klub isə 2 qələbədən sonra müəyyənləşəcək.
İkinci matçların keçirilmə tarixi “Çelenc Cup” turnirinin yarımfinal görüşlərinin nəticəsindən asılı olacaq.
Qeyd edək ki, Super Liqanın II dövrəsindən sonra ilk 2 yerdə qərarlaşan “Rabitə” və “İqtisadçı” final mərhələsində rəqiblərini gözləyirlər.

0
0