“Uraloçka” Bakıya məyus gəlir
10.03.2011 - 15:15
“Uraloçka” Bakıya məyus gəlir
“Azərreyl” klubunun “Çelenc Cup” turnirinin yarımfinaldakı rəqibi “Uraloçka” (Rusiya) Bakıya məğlubiyyətlə gəlir. Apasport.az saytının məlumatına görə, martın 15-də “dəmiryolçular”la üz-üzə gələcək əfsanəvi baş məşqçi Nikolay Karpolun yetirmələri Rusiya çempionatının keçirilən son turunda uduzublar.

Yekaterinburq təmsilçisi Krasnodar “Dinamo”su ilə evdə baş tutan matçda 1:3 hesabı ilə məğlub olublar. Azərbaycan yığmasının üzvü Natalya Məmmədovanın sabiq komandası “Uraloçka”ya biabırçı hesabla qalib gəlib. Belə ki, krasnodarlılar ilk setdə 3 top fərqi ilə uduzsalar da, növbəti 3 hissədə rəqibinə ən yaxşı halda 15 top güzəştə gediblər – 25:11, 25:15, 25:10.

Qeyd edək ki, “Uraloçka”nın Bakıya 3 gün sonra gələcəyi gözlənilir.
0