“Azərbaycanda olmaq bizə böyük zövq verir”
14.03.2011 - 16:59
“Azərbaycanda olmaq bizə böyük zövq verir”
“Azərbaycanda olmaq bizim hamımıza böyük zövq verir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Uraloçka” komandasının voleybolçusu Yevgeniya Estes deyib.

Sabah “Çelenc Cup” turnirinin yarımfinal mərhələsinin ilk görüşündə Bakının “Azərreyl” klubun Yekaterinburq təmsilçisini qəbul edəcək. “Uraloçka”nın kapitanı bildirib ki, I görüş Bakıda keçirilsə də, Rusiyaya qələbə ilə qayıtmaq istəyirlər: “Çətin oyun olacaq. Amma biz finala çıxmaq arzundayıq. Bunun üçün qələbə qazanmağa çalışacağıq. Çünki biz komandamızın gücünə inanırıq”.
0