Əfsanəvi məşqçi Bakıya iddialı gəlib
14.03.2011 - 17:14
Əfsanəvi məşqçi Bakıya iddialı gəlib
“Biz “Azərreyl”ə çox hörmətlə yanaşırıq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Uraloçka” komandasının baş məşqçisi Nikolay Karpol deyib.

Əfsanəvi mütəxəssis bildirib ki, “Çelenc Cup” turnirinin yarımfinalında Bakının “Azərreyl” komandasını mübarizədən kənarlaşdırmaq arzusundadırlar: “Rəqib yaxşı komandadır. Amma biz Bakıda keçiriləcək oyunda qalib gəlməyə çalışacağıq”.

Qeyd edək ki, Vüqar Əliyevin yetirmələri “Uraloçka” ilə sabah “Sərhədçi” Olimpiya Mərkəzində üz-üzə gələcəklər.
0