Natalya Hanıkoğlu ehtiyatlı danışdı
14.03.2011 - 18:07
“Mən Avropa kuboklarının yarımfinalında birinci dəfə iştirak etmirəm. Bu səbəbdən başa düşürəm ki, bu mərhələdə hər şey bizim üçün asan olmayacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl” klubunun voleybolçusu Natalya Hanıkoğlu deyib.
Komandamızın kapitanı sabah “Çelenc Cup” turnirinin yarımfinalında qarşılaşacaqları Rusiya “Uraloçka”sı ilə oyuna münasibət bildirib: “Bizim yarımfinalda rəqibimiz kifayət qədər güclüdür. Lakin buna baxmayaraq, mən əminəm ki, sonda biz qalib gələcəyik və finala yüksələcəyik”.
Qeyd edək ki, “Azərreyl” – “Uraloçka” qarşılaşması saat 18:00-da start götürəcək.

0
0