Belçika yığmasının sabiq baş məşqçisi: Milliniz Türkiyədən güclüdür
15.03.2011 - 00:03
“Azərbaycan milli komandasının potensialı çox böyükdür. Türkiyə yığmasında isə yaxşı voleybolçular azdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Belçika yığmasının sabiq baş məşqçisi Jan De Brandt deyib.
Hazırda Bakının “İqtisadçı” voleybol klubu çalışdıran belçikalı mütəxəssis ölkəmizə gələnə kimi Türkiyə milli komandasının baş məşqçi postuna əsas namizədlərdən hesab edilirdi. Lakin “Fənərbaxça”ya ötən mövsüm Çempionlar Liqasının gümüş medalını qazandıran Brandtın “ay-ulduzlu”ların sükanı arxasına keçməsi baş tutmadı.
Azərbaycan yığması isə Avro-2011-in final mərhələsində türklərlə qarşılaşacaq. Brandtın sözlərinə görə, sentyabrın 23-də keçiriləcək Türkiyə - Azərbaycan duelinin favoriti Faiq Qarayevin yetirmələridir: “Düzdür, onlar əvvəlkindən daha yaxşı oynayırlar. Amma mənə elə gəlir ki, “ay-ulduzlu”larda ölkənizdəki kimi oyunçular yoxdur. Sizdə isə Oksana Parxomenko və Valeriya Korotenka kimi oyunçusu olan balanslaşdırılmış yaxşı komanda var. Bu isə Türkiyə yığması üzərində qələbə qazanmaq üçün yaxşı şansdır”.
Qeyd edək ki, Brandt Türkiyədə “Fənərbaxça” ilə 2 dəfə ölkə çempionluğunu, 1 dəfə kuboku və 1 dəfə Super kuboku qazanıb.

0
0