Atalar üçdən deyib
15.03.2011 - 00:04
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin yarımfinal mərhələsinə start verilir. Apasport.az saytının məlumatına görə, bu mərhələyə yüksələn 3 komandamızdan mübarizəyə öncə “Azərreyl” qoşulacaq.
Vüqar Əliyevin yetirmələri finala yüksəlmək üçün Rusiya “Uraloçka”sını yarışdan kənarlaşdırmalıdırlar. Bu mərhələyədək məğlubiyyət acısı yaşamayan komandamızın uğurlu seriyanı davam etdirəcəyi az da olsa var. Onlar uğurlu çıxışla, həmçinin Rusiya sindromunu da qırmağa çalışacaqlar.
İndiyədək şimal təmsilçiləri ilə 5 dəfə üz-üzə gələn “Azərreyl” bunların yalnız birində qələbə qazanıb. 2001-ci ildə “Top komandalar” kubokunda “Universitet”i məğlub edən komandamız Çempionlar Liqasının 2002/2003-cü illər mövsümündə məhz bu gün qarşılaşacaqları “Uraloçka”ya hər 2 görüşdə uduzub. Bu azmış kimi, 2007/2008-ci illər mövsümündə “Azərreyl” “Zareçye-Odintsovo” ilə dueldən də məğlub ayrılıb – 1:3, 0:3.
Lakin hazırda əvvəlki gücünü qaytaran “dəmiryolçular” “Çelenc Cup” turnirinin yarımfinal mərhələsinin ilk matçında qələbə qazanmağa yaxındır. Analoji yarışda çempion olmağı hədəfləyən “Azərreyl” bunun üçün məğlub olmamalıdır. Belə olan halda, voleybolçularımız martın 19-da səfərdə baş tutacaq cavab oyunda ən pis halda, “Qızıl set”ə ümid edəcəklər.
Qeyd edək ki, rəsmi matçlarda “Uraloçka”ya Azərbaycan klublarından yalnız “Rabitə” qalib gəlib. Onlar CEV kubokunun son mövsümündə III yer uğrunda Nikalay Karpolun yetirmələrinə 3:1 hesabı ilə qalib gəlməklə bürünc medala sahib olmuşdular.
Top komandalar kuboku, 2001/2002
Qrup mərhələsi
19 dekabr, 2001
“Universitet” (Rusiya) - “Azərreyl” – 1:3 (26:24, 19:25, 24:26, 15:25)
Çempionlar Liqası, 2002/2003
Qrup mərhələsi
18 dekabr, 2002
“Azərreyl” – “Uraloçka” (Rusiya) – 2:3 (14:25, 20:25, 25:22, 25:20, 9:15)
8 yanvar, 2003
“Uraloçka” (Rusiya) – “Azərreyl” – 3:0 (25:19, 25:16, 25:21)
Çempionlar Liqası, 2007/2008
Qrup mərhələsi
28 noyabr, 2007
“Zareçye-Odintsovo” (Rusiya) – “Azərreyl” – 3:0 (25:5, 25:18, 25:8)
29 yanvar, 2008
“Azərreyl” – “Zareçye-Odintsovo” (Rusiya) – 1:3 (25:22, 22:25, 15:25, 23:25)

0
0