Avrokubokda Azərbaycan qarşıdurması
15.03.2011 - 17:11
Sabah “Çelenc Cup” turnirində yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, bu matçda 2 Azərbaycan klubu – “Lokomotiv” və “İqtisadçı” münasibətlərinə aydınlıq gətirəcəklər.
Cütün favoriti universitet komandası olsa da, “dəmiryolçuların” asan təslim olacağı inandırıcı görünmür. Çünki ötən il “Rabitə”yə CEV kubokunu qazandıran Draqutin Baltiç bu dəfə “Lokomotiv”lə “Çelenc Cup”da çempion olmaq arzusundadır. Düzdür, “İqtisadçı” cari mövsüm Super Liqada keçirilən hər 2 qarşılaşmada rəqibini məğlub edib. Lakin ölkə çempionatı ilə Avropa kubokunu bərabərləşdirmək olmaz. Bunun üçün cütün qalibinin “Qızıl set”də müəyyənləşəcəyi gözləniləndir.
Qeyd edək ki, “İqtisadçı” – “Lokomotiv” oyunu saat 18:00-da “Sərhədçi” Olimpiya Mərkəzində start götürəcək.
“İqtisadçı” və “Lokomotiv”in Super Liqada oyunları
II tur
“Lokomotiv” – “İqtisadçı” – 0:3 (23:25, 18:25, 23:25)
VII tur
“İqtisadçı” - “Lokomotiv” – 3:0 (25:23, 25:17, 25:18)

0
0