“Skavolini” “Rabitə” ilə oyun öncəsi aparıcı voleybolçusunu itirdi - FOTO
16.03.2011 - 12:16
“Skavolini” “Rabitə” ilə oyun öncəsi aparıcı voleybolçusunu itirdi - FOTO
İtaliyanın “Skavolini” klubunun aparıcı voleybolçusu Destini Huker “Dördlər finalı”nda oynaya bilməyəcək. Apasport.az saytının məlumatına görə, Pesaro təmsilçisinin amerikalı legioneri zədə səbəbindən “Rabitə” ilə yarımfinal matçını buraxacaq.

24 yaşlı voleybolçu II pley-off mərhələsinin İsveçrə “Volero”su ilə cavab qarşılaşmasında xəsarət aldığından artıq “Skavolini”nin düşərgəsini də tərk edib. 195 sm boya malik Huker vətəninə yollandığından martın 19-20-də “Dördlər finalı”nın təşkil ediləcəyi İstanbula gəlməyəcək.

Türkiyə mətbuatının yazdığına görə, Destini Huker növbəti mövsümdən “Rabitə”nin şərəfini qoruya bilər. Həmkarlarımız onun Bakı klubu ilə prinsipcə anlaşdığını bildirirlər.
0