“Rabitə” İstanbulda - FOTO
17.03.2011 - 10:53
“Rabitə” İstanbulda - FOTO
“Dördlər finalı”na Fransanın Nitsa şəhərində hazırlaşan Azərbaycan çempionu “Rabitə” İstanbula yollanıb. Apasport.az saytının məlumatına görə, Dejan Brdjoviçin yetirmələrinin Türkiyəyə səfəri ilə Çempionlar Liqasının həlledici mərhələsində iştirakçı komandalarının sayı üçə çatıb. Təmsilçilərimizin yarımfinaldakı rəqibi “Skavolini” isə İstanbula bu gün təşrif buyuracaq.

Komandamız martın 19-20-də “Dördlər finalı”nın keçiriləcəyi Burhan Fələk Voleybol Kompleksində ilk hazırlığına isə cümə günü çıxacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütünü Türkiyə dueli – “Fənərbaxça” və “Vakıfbank Günəş Sığorta” təşkil edir.
0