“Biz səfərə yalnız qələbə üçün yollanırıq”
17.03.2011 - 11:48
“Biz üzərimizə düşən məsuliyyəti yaxşı anlayırıq. Bu səbəbdən qələbə seriyamızı davam etdirmək arzusundayıq”. Bunu apasport.az saytına açıqlamasında “Azərreyl” klubunun baş məşqçisi Vüqar Əliyev deyib.
Gənc mütəxəssis martın 19-da “Çelenc Cup” turnirinin yarımfinal mərhələsində Rusiya “Uraloçka”sı ilə keçirəcəkləri cavab matçına münasibət bildirib: “İlk matçda 3:2 hesabı ilə əzmkar qələbə qazanmışıq. Amma bu, o demək deyil ki, biz “Qızıl setə” ümid edəcəyik. Mən qızlarla da söhbət etmişəm. Çünki biz səfərə yalnız qələbə üçün yollanırıq. “Qızıl set” isə lotereyadır. Bunun üçün oyunun buraya kimi uzanmasını istəmirəm. Qələbə həm də komandamız üçün vacibdir”.
Əliyevin sözlərinə görə, “Uraloçka” səddini keçsələr, çox güman ki, “Lokomotiv”lə qarşılaşacaqlar: “İqtisadçı” – “Lokomotiv” oyunundan öncə mən proqnozumu vermişdim. Bildirmişdim ki, ilk oyunda “dəmiryolçular” qələbə qazanacaqlar. Çünki “İqtisadçı” son 2 ayda çox möhtəşəm oyun göstərir. Onlar Super Liqada “Rabitə”, “Lokomotiv” və bizə qarşı əla çıxış etdilər. Lakin voleybolda bir klubun 3-5 ay eyni gücdə oynaması çətindir. Belə olan halda, yorğunluq yaranır və gözlənilməz məğlubiyyətlə qarşılaşırsan. Cavab matçı barədə nəsə demək isə çətindir. Amma mənim fikrimcə, finala “Lokomotiv” yüksələcək. Biz də həlledici mərhələyə vəsiqə qazansaq, rəqibin kimliyinin fərqi yoxdur. Çünki hər ikisi doğma klublarımızdır və Azərbaycanı təmsil edirlər”.
Qeyd edək ki, “Azərreyl” Rusiyaya bu gün saat 16:00-da yola düşəcək.

0
0