Rimas Kurtinaytis: Azərbaycan da məni sevindirdi
17.03.2011 - 12:14
Ötənlərin məşhur basketbolçusu, olimpiya çempionu Rimas Kurtinaytis Azərbaycanda işlədiyini dövrü xatırlayıb. Apasport.az saytının məlumatına görə, 2 gün öncə Rusiyanın “Ximki” komandasına baş məşqçisi təyin edilən 50 yaşlı litvalı mütəxəssis 2002-06-cı illərdə Azərbaycan yığmasını və “Qala” klubunu çalışdırdığı dövrü karyerasında önəmli sayır: “Azərbaycan da məni sevindirdi. Mənə Şərq mədəniyyətinə daxil olmaq imkanı verdi. Hamı ilə əla münasibətlərim oldu. Misal üçün, Olimpiadada ölkə prezidenti İlham Əliyevlə görüşdüm. Ümumiyyətlə, mən dostluq kimi belə şeyləri istənilən məbləğdə puldan üstün tuturam”.
0
0