“Dördlər finalı”nda fərqlənənlər - FOTO
17.03.2011 - 14:33
“Dördlər finalı”nda fərqlənənlər - FOTO
Martın 19-20-də İstanbulda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”nın ən hündür, qısaboy, yaşlı və cavan komandaları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə mübarizə aparacaq klublar arasında ən hündür voleybolçular Azərbaycan çempionu “Rabitə”də oynayırlar.

Bakı komandasında oyunçuların orta boyları 1.85,92 metrdir. “Rabitə”nin martın 19-da yarımfinalda qarşılaşacağı İtaliya “Skavolini”sində bu rəqəm 1.85,36-dır. Son 2 pillədə “Fənərbaxça” (1,84) və “Vakıfbank Günəş Sığorta” (1,83) qərarlaşıblar.

Voleybolçuların şəxsi boylarına gəlincə, “Rabitə” yenə liderdir. Yığmamızın da şərəfini qoruyan Natalya Məmmədova “Dördlər finalı”nın ən hündürboylusudur (1,95 m). Ən qısaboylu isə “Fənərbaxça”nın üzvü Nihan Güneyligildir. Onun boyu 1.70 metrdir.

Çempionlar Liqasının “Dördlər finalı”nın ən yaşlı komandası da Bakının “Rabitə” klubudur. Dejan Brdjoviçin yetirmələri yaş ortalamasında həlledici mərhələdə mübarizə aparan “Fənərbaxça”, “Vakıfbank Günəş Sığorta” və “Skavolini”ni qabaqlayıblar - 28.84 yaş.

Onlardan sonra “Fənərbaxça” ən yaşlı voleybolçulara malikdir. İstanbul komandasında orta yaş həddi 28.66 ildir. İlk “üçlüy”ü 25 “yaşla” “Skavolini” qapayır. “Dördlər finalı”nın ən kiçikboylu komandası hesab edilən “Vakıfbank Günəş Sığorta”, həmçinin yarışın ən cavanlarının da yer aldığı klubdur. Onların heyətində yaş ortalaması 23.72 ildir.

Qeyd edək ki, son mərhələsinin ən “ağbirçək” voleybolçusu “Fənərbaxça”da forma geyinən Fofoadır. O, hazırda həyatının 41-ci baharını yaşayır. 1993-cü il təvəllüdlü Juliya Paskucci isə “Dördlər finalı”nın ən gənc oyunçusu adına sahibdir.
0