“İqtisadçı” “Lokomotiv”lə görüşə itki ilə çıxacaq
17.03.2011 - 15:21
“İqtisadçı” voleybol klubu kubalı legioneri Yaima Ortis Çarronun ardından xorvatiyalı voleybolçusu İvana Milosun da xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup” turnirinin yarımfinal mərhələsinin ilk matçında zədələnən 25 yaşlı əcnəbi ən yaxşı halda, 1 həftədən sonra oynaya biləcək.
Milos bu səbəbdən 1/2 final mərhələsinin cavab matçında “Lokomotiv”lə oyunu buraxmalı olacaq. Meydanda isə onu digər həmyerlisi - İliyana Duqandziçin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, “Çelenc Cup”da “İqtisadçı” – “Lokomotiv” qarşılaşmasında “dəmiryolçular” 0:3 hesabı ilə uduzublar.

0
0