Dejan Brdjoviç: Mənim komanda adına hekayəm hələ tamamlanmayıb
19.03.2011 - 11:00
“Avropanın ən güclü komandaları İstanbula toplaşıb. Təşkilatı işlər əla qurulub. Hər şeyin gözəl olduğunu söyləyə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.
Bu gün Türkiyənin İstanbul şəhərində Çempionlar Liqasının “Dördlər finalı”na start veriləcək. Qitən ən güclü 4 komandası arasında yer alan Azərbaycan çempionunun serbiyalı çalışdırıcısı baş məşqçilərin və kapitanların iştirakı ilə keçirilən mətbuat konfransında bildirib ki, bu mərhələdə də uğur qazanmaq arzusundadır: “Avropanın 4 ən güclü komandası bir-birini sınağa çəkəcək. Amma sonda bunlardan biri çempion olacaq. “Dördlər finalı”na kimi gözəl nəticələr əldə etmişik. Amma mənim komanda adına hekayəm hələ tamamlanmayıb”.
Qeyd edək ki, “Rabitə” yarımfinalda bu gün “Skavolini”ni sınağa çəkəcək.

0
0