“Azərbaycan çempionu ilə üz-üzə gəlmək məni həyəcanlandırır”
19.03.2011 - 14:11
“Azərbaycan çempionu ilə üz-üzə gəlmək məni həyəcanlandırır”
“Dördlər finalı”nda çıxış etdiyimiz üçün qürur duyuram. Komanda üzvləri də üzərimizə düşən məsuliyyəti yaxşı başa düşürlər”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Skavolini” voleybol klubunun baş məşqçisi Paolo Tofoli deyib.

İtaliyalı mütəxəssis bu gün İstanbulda start götürəcək Çempionlar Liqasının “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Yarımfinalda Azərbaycan çempionu “Rabitə” ilə qarşılaşacaq “Skavolini”nin baş məşqçisi bildirib ki, yetirmələrinin bu mərhələyə çıxması da böyük uğurdur: “Voleybolçularımın “Dördlər finalı”nda iştirakını böyük nailiyyət adlandırıram. Çünki son zamanlarda voleybola damğasını vuran qoçlarla burada üz-üzə gəlmək isə məni həyəcanlandırır. Fikrimcə, gözəl görüşlər olacaq. Hər bir komandaya uğurlar arzulayıram”.

Qeyd edək ki, “Rabitə” – “Skavolini” görüşü bu gün saat 17:00-da start götürəcək.
0