İtaliyalı baş məşqçi: “Rabitə” favoritdir!
19.03.2011 - 14:34
“Rabitə”, “Skavolini”, “Fənərbaxça” və “Vakıfbank Günəş Sığorta” bütün turnir boyunca sabit və inamlı oyun nümayiş etdirirdi. Buna görə hər şey obyektivdir”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Asistel” voleybol komandasının baş məşqçisi Covanni Kaprara deyib.
Rusiya yığmasına dünya çempionatının qızıl medallarını qazandırmış mütəxəssis bu gün start götürəcək Çempionlar Liqasının “Dördlər finalı”nda favoritin adını açıqlayıb. O bildirib ki, yarımfinalda mübarizə aparacaq Bakının “Rabitə” klubunu turnirin kəşfi saymaq olar: “Mən Çempionlar Liqasının kəşfi “Rabitə”ni adlandırardım. Bakı klubunun heyətini ulduzlar təşkil edir. Lakin ən güclü oyunçulara belə bir-birinə uyğunlaşmaq və yaxşı komanda üçün vaxt tələb olunur. “Rabitə” “Dördlər finalı”na ilk cəhddən çıxdı və şübhəsiz ki, bu böyük uğurdur”.
Kaprara saat 17:00-da start götürəcək “Skavolini” – “Rabitə” görüşünə də münasibət bildirib. O, həmyerliləri ilə müqayisədə “Rabitə”ni daha şanslı sayıb: “Skavolini”nin aparıcı voleybolçusu Destini Huker zədələndiyi üçün bu matçın favoriti “Rabitə”dir. Onların finala çıxmaq şansları daha yüksəkdir. Türk yarımfinalında isə şanslar bərabərdir”.

0
0