Natalya Məmmədova: Bu gün tarixi gündür
19.03.2011 - 21:49
Natalya Məmmədova: Bu gün tarixi gündür
“Bu gün tarixi gündür. Çoxları düşünürdü ki, biz bu heyətlə finala çıxa bilmərik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rabitə” klubunun voleybolçusu Natalya Məmmədova deyib.

Bu gün İstanbulda voleybol üzrə “Dördlər finalı”na start verilib. Azərbaycan çempionu ilk oyundaca İtaliyanın “Skavolini” klubunu məğlub edərək, finala çıxıb. Oyunla bağlı fikirlərini açıqlayan Məmmədova bildirib ki, artıq final barədə düşünmək lazımdır: “Rəqib kim olursa-olsun finalda da qələbə qazanmalıyıq. Biz şansdan maksimum yararlanmalıyıq”.

Qeyd edək ki, İtaliya təmsilçisini 3:1 hesabı ilə məğlub edən komandamızın rəqibi “Fənərbaxça” – “Vakıfbank Günəş Sığorta” matçının qalibi olacaq.
0