Avrokubokda “Azərreyl” - “Lokomotiv” finalı - YENİLƏNİB
20.03.2011 - 20:36
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirində yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, finala yüksələn ikinci komandanın adı Bakının “Lokomotiv” və “İqtisadçı” klubları arasında keçirilən cavab görüşündən sonra müəyyənləşib.
İlk matçda rəqibini 3:0 hesabı ilə məğlub edən “dəmiryolçular” bu dəfə eyni uğuru təkrarlaya bilməsələr də, həlledici görüşə vəsiqə qazanıblar. Belə ki, oyunun əsas hissəsi “İqtisadçı”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb və qalibi müəyyənləşdirmək üçün “Qızıl set” oynanılıb.
Hissəyə uğurla başlayan Draqutin Baltiçin yetirmələri bu setdə səhvsiz çıxış edərək tarixlərində ilk dəfə “Çelenc Cup”ın finalına yüksəliblər.
Qeyd edək ki, həlledici matçda “Lokomotiv” “Azərreyl”lə qarşılaşacaq.
“Lokomotiv” – “İqtisadçı” - 2:3 (25:23, 20:25, 22:25, 25:14, 8:15)
“Qızıl set”
15:13
Hakimlər: Katarjina Sokol (Polşa), Marqus Kapp (Estoniya).
“Sərhədçi” Olimpiya Mərkəzi

0
0