“Meydana çempion olmaq üçün çıxacağıq”
20.03.2011 - 12:57
“Meydana çempion olmaq üçün çıxacağıq”
“Komandam yarımfinal matçının bəzi setlərində pis, bəzilərində isə yaxşı oynadı. Amma əsas odur ki, qələbə qazandıq. Finala yüksəldiyimiz üçün çox sevincliyik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank Günəş Sığorta” voleybol klubunun baş məşqçisi Covanni Qidetti deyib.

Bu gün İstanbulda Çempionlar Liqasının final görüşü keçiriləcək. Qitənin ən güclü klubu olmaq üçün həlledici qarşılaşmada “Vakıfbank Günəş Sığorta” və Bakının “Rabitə” komandaları güclərini yoxlayacaqlar. İtaliyalı mütəxəssis Qidettinin sözlərinə görə, onlar çempion olmasalar, 1/2 finalda “Fənərbaxça”nı məğlub etmələri əhəmiyyətini itirəcək: “Meydana çempion olmaq üçün çıxacağıq. Yarımfinal qarşılaşmasını qazandıq, amma həlledici matçda qalib gəlməsək bunun əhəmiyyəti qalmayacaq. Azərbaycan çempionu “Rabitə”nin oyununu bir daha izləyərək oyuna kimi tam hazır olacağıq”.

Qeyd edək ki, “Vakıfbank Günəş Sığorta” - “Rabitə” matçına saat 20:00-da start veriləcək.
0