Natalya Məmmədova simvolik komandada
20.03.2011 - 21:59
Natalya Məmmədova simvolik komandada
Çempionlar Liqasında ən yaxşı voleybolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, mövsüm ərzində keçirdiyi gözəl oyuna sayəsində “Rabitə”nin voleybolçusu Natalya Məmədova da fərqlənənlər arasında olub.

Azərbaycan çempionunun kapitanı Bakı klubunun gümüş medal qazandığı Avropanın ən mötəbər turnirində “Topu ən yaxşı oyuna daxil edən” nominasiyasında xüsusi mükafata layiq görülüb.


Çempionlar Liqasında fərqlənənlər

Turnirin ən yaxşı voleybolçusu – Malqorzata Qlinka (“Vakıfbank Günəş Sığorta”)
Ən yaxşı blok qoyan – Maya Poljak (“Vakıfbank Günəş Sığorta”)
Ən yaxşı libero – Gizem Güresen (“Vakıfbank Günəş Sığorta”)
Ən yaxşı top qəbul edən – Gözdə Sonsirma (“Vakıfbank Günəş Sığorta”)
Ən çox xal toplayan – Yelena Nikoliç (“Vakıfbank Günəş Sığorta”)
Topu ən yaxşı oyuna daxil edən – Natalya Məmmədova (“Rabitə”)
Ən yaxşı toppaylayıcı – Özgə Kemberci Kirdar (“Vakıfbank Günəş Sığorta”)
Ən yaxşı hücumçu – Manon Flier (Skavolini)
0