Türkiyəli mütəxəssis Azərbaycan yığmasında fəaliyyətə başladı
26.03.2011 - 17:55
Voleybol üzrə gənclərdən ibarət Azərbaycan yığması yeni baş məşqçi Adnan Kistakın rəhbərliyi altında hazırlığa başlayıb. Bu barədə apasport.az saytına məlumatı türkiyəli mütəxəssisin özü verib.
Kistak bildirib ki, Azərbaycan Super Liqasının pley-off mərhələsində “Şirvan” mübarizəni dayandırdığından əsas diqqətini gənc qızlardan ibarət milli komandaya yönəldib. Onun sözlərinə görə, seçim imkanı genişdir və tezliklə güclü heyət formalaşacaq: “Komandamızda perspektivli voleybolçular kifayət qədərdir. Onlar Super Liqada da “Şirvan”ın şərəfini qoruyurdular. Artıq ölkə çempionatında mübarizəni dayandırdığımızdan yığma ilə məşqlərə başlamışıq. Qarşıda bizi gərgin yarışlar gözləyir. İlk olaraq, aprelin sonlarında Belçikada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacağıq”.
Qeyd edək ki, 2 ildir ölkəmizdə çalışan Adnan Kistak eyni zamanda “Şirvan” klubunda da baş məşqçi fəaliyyətini davam etdirəcək.

0
0