Məğlubiyyət “Beşiktaş”a döyülmək bahasına başa gəldi
28.03.2011 - 13:37
Kişilərdən ibarət “Beşiktaş” klubunun voleybolçuları hücuma məruz qalıblar. Apasport.az saytının məlumatına görə, buna səbəb onların Türkiyə kubokunun “Dördlər finalı”nda sonuncu yeri tutması olub.
Belə ki, yarımfinalda “Fənərbaxça”ya, ardınca “İstanbul Böyükşəhər Bələdiyyəspor”a uduzan “qara qartal”ların 5 voleybolçusu gecə saatlarında xoşagəlməz halla üzləşiblər. Onlar İstanbuldakı bazalarına gələrkən, 15 azarkeş tərəfindən döyülüblər. 2 yerli və 3 əcnəbi voleybolçu fanatlarla “döyüş”də xəsarət də alıblar.
Qeyd edək ki, komandanın baş məşqçisi və digər oyunçuları yolda düşdüklərindən bazaya gəlməyiblər.

0
0