Natalya Hanıkoğlu: Əsas məqsədimiz kuboku qazanmaqdır
29.03.2011 - 10:05
“Oyuna tam hazırıq. Lakin çempionun adı ikinci oyundan sonra bilinəcək”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Azərreyl” klubunun voleybolçusu Natalya Hanıkoğlu deyib.
Komandasının kapitanı bu gün “Lokomotiv”lə keçiriləcək “Çelenc Cup” turnirinin final mərhələsinin ilk oyununa münasibət bildirib: “Biz bu mərhələyə kimi uğurlu çıxış etmişik. İstəyirik ki, qələbə seriyamızı davam etdirək. Bu gün meydana da yalnız bu arzu ilə çıxacağıq. Çünki mövsümün əvvəlindən finalı arzulayırdıq. İndi isə əsas məqsədimiz kuboku qazanmaqdır”.
Qeyd edək ki, “Lokomotiv” – “Azərreyl” oyunu saat 18:00-da start götürəcək.

0
0