İlk qələbəni “Azərreyl” qazandı - YENİLƏNİB
29.03.2011 - 18:59
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin final mərhələsinin ilk görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici matçda 2 Bakı komandası – “Lokomotiv” və “Azərreyl” üz-üzə gəliblər.
Qarşılaşmaya nominal ev sahibləri olan Draqutin Baltiçin yetirmələri yaxşı başlasalar da, bunun davamını gətirə bilməyiblər. Belə ki, ilk setdə 25:23 hesabı ilə qələbə qazanan “Lokomotiv” növbəti hissələrdə “Azərreyl”in güclü müqaviməti ilə rastlaşıb. Məğlubiyyətdən nəticə çıxaran Vüqar Əliyevin komandası ardıcıl 3 setdə rəqibini məğlub edərək, final mərhələsinin ilk görüşündən qalib ayrılıb.
Cavab oyunu aprelin 2-də baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Super Liqasında “Lokomotiv” “Azərreyl”lə keçirdiyi hər 2 görüşdə məğlubiyyət acısı yaşayıb.
“Lokomotiv” – “Azərreyl” - 1:3 (25:23, 20:25, 16:25, 22:25)
Hakimlər: Bayram Dikməntəpə (Türkiyə), Mixaylo Melnik (Ukrayna).
“Sərhədçi” Olimpiya Mərkəzi.

0
0