“Çelenc Cup” Bakıya gətirilib
31.03.2011 - 09:51
“Çelenc Cup” Bakıya gətirilib
Aprelin 2-də Bakıda keçiriləcək “Çelenc Cup” turnirinin final mərhələsini Avropa Voleybol Konfederasiyasının rəsmiləri də izləyəcək. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurumun vitse-prezidenti Banu Can Sçurmann bu məqsədlə artıq paytaxtımıza təşrif buyurub.

“Azərreyl” - “Lokomotiv” görüşündən sonra çempion olacaq komandaya kuboku da məhz 33 yaşlı xanım təqdim edəcək.

Qeyd edək ki, “Çelenc Cup” kuboku artıq Azərbaycandadır.
0