Azərbaycan kuboku ləğv olundu
01.04.2011 - 11:12
Azərbaycan kuboku ləğv olundu
Qadın voleybolçular arasında ötən illə müqayisədə bu mövsüm Azərbaycan kuboku keçirilməyəcək. Apasport.az saytının məlumatına görə, Voleybol Federasiyası kubokun əvəzinə Şamil Şamxalovun xatirəsinə həsr olunmuş turnir təşkil edəcək.

Aprelin 12-də start götürəcək yarışda Azərbaycan çempionatında mübarizə aparan 6 klub – “Rabitə”, “Azərreyl”, “Lokomotiv”, “Şirvan”, “İqtisadçı” və “Bakı” komandaları qüvvələrini sınayacaqlar. Turnirin qalibinin adı isə 4 gün sonra müəyyənləşəcək.
0