Bu gün bayram olacaq!
01.04.2011 - 23:07
Bu gün bayram olacaq!
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin qalibinin adına aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, çempionluğu Bakının “Azərreyl” və ya “Lokomotiv” klublarından biri bayram edəcək.

İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən Vüqar Əliyevin yetirmələrinin kuboku başları üzərinə qaldıracaqlarını proqnozlaşdırmaq olar. Çünki mövsüm ərzində məğlubiyyət nə olduğunu bilməyən “Azərreyl”in final mərhələsinin cavab görüşündə uduzacağı inandırıcı görünür.

Onlar qarşılaşmada belə qələbəni əldən verəcəkləri halda, “Qızıl set”ə ümid edəcəklər. Lakin itirməyə heç nəyi qalmadığından “Lokomotiv” də bütün gücünü ortaya qoyacaq. Nəzərə alsaq ki, “dəmiryolçular” 2 dəfə “Qızıl set” hesabına mərhələ adlayıblar, onda qarşılaşmanın çətin keçəcəyi qənaətinə gəlmək olar. Bu azmış kimi, Vüqar Əliyevin yetirmələrindən Natalya Hanıkoğlunun da zədədən əziyyət çəkməsi “Lokomotiv”in xeyrinədir.

Qeyd edək ki, “Azərreyl” rəqibini məğlub edəcəyi halda, öz rekordunu da yeniləyəcək. 2001/2002-ci illər mövsümündə “Top komandalar” (indiki CEV kuboku) kubokunun sahibi “Çelenc Cup”ın da qalibi olmaqla, Avrokuboklarda fəxri kürsünün ən yüksək pilləsinə 2 dəfə qalxan Azərbaycan təmsilçisi adına yiyələnəcək.

Final mərhələsi, cavab oyunu

16:00. “Azərreyl” – “Lokomotiv”
Hakimlər: Mixaylo Melnik (Ukrayna), Bayram Dikməntəpə (Türkiyə).
“Sərhədçi” Olimpiya Mərkəzi.

İlk oyun
“Lokomotiv” – “Azərreyl” - 1:3 (25:23, 20:25, 16:25, 22:25)
0