Draqutin Baltiç: Bu dəfə tam fərqli oyun göstərəcəyik
02.04.2011 - 09:48
Draqutin Baltiç: Bu dəfə tam fərqli oyun göstərəcəyik
“İlk oyunda kifayət qədər səhvlər buraxdıq. Bu dəfə isə bunu təkrarlamamağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Lokomotiv” voleybol klubunun baş məşqçisi Draqutin Baltiç deyib.

Serbiyalı mütəxəssis bu gün keçiriləcək “Çelenc Cup” turnirinin finala mərhələsinin cavab görüşündə “Azərreyl”lə oyuna münasibət bildirib: “İlk görüşdə voleybolçularımız həyəcanını gizlədə bilməməsi rəqibin qələbəsi ilə yekunlaşdı. Bu dəfə isə tam fərqli oyun göstərəcəyik. Kuboka sahib olmaq istəyirik. Fikrimcə, hələ heç nə itirilməyib. Bu dəfə qələbə qazanacağımız halda “Qızıl set”ə ümid edəcəyik. Bunun üçün komandam da qələbəyə köklənib. Birinci matçı analiz etmişik və oyunumuzdakı fərqi meydanda göstərəcəyik. İnanıram ki, sonda sevinməyi bacaracağıq”.

Qeyd edək ki, “Azərreyl” ilk qarşılaşmada “Lokomotiv”ə 3:1 hesabı ilə qalib gəlib.
0