“6 aydır kubok üçün əziyyət çəkirik”
02.04.2011 - 10:29
“İlk oyundakı qələbə bizdə heç bir arxayınçılıq yaratmayıb. Biz bu gün də meydana çıxıb, öz oyunumuzu göstərəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.
Gənc mütəxəssis bu gün keçiriləcək “Çelenc Cup” turnirinin final mərhələsinin cavab oyununda “Lokomotiv”i məğlub edəcəklərinə inanır. Onun sözlərinə görə, ilk matçda olduğu kimi, əsas vaxtda qələbə qazanmağı planlaşdırırlar: “Komandam oyuna tam hazırdır. Biz I qarşılaşmada olduğu kimi, bu dəfə də qalib gəlmək istəyirik. Çünki çempionun “Qızıl set”də müəyyənləşməsi planlarımıza daxil deyil. İstənilən hesablı qələbə bizi qane edəcək. Yetirmələrim də çox təcrübəlidirlər və bunu yaxşı başa düşürlər. Fikrimcə, oyun gərgin keçsə də, rəqibi məğlub edəcəyik”.
Əliyev bildirib ki, rəqibə qalib gəlmək üçün lazımı tapşırıqlar artıq verilib: “Biz ilk oyunu ciddi analiz etmişik. Onların artıq zəif nöqtələrini də müəyyənləşdirmişik. “Lokomotiv”i topu oyuna düzgün daxil etməklə üstələmək istəyirik. Çünki rəqibin heyətində Kremena Kamenova topun qəbulunda çox səhvlər buraxır. Bu onda final həyəcanından irəli gəlir. Bir sözlə, bu gün gözəl oyun nümayiş etdirərək çempion olacağımızı deyə bilərəm. Çünki 6 aydır kubok üçün əziyyət çəkirik. Bu gün isə əziyyətimizin bəhrəsini görmək istəyirik”.
Qeyd edək ki, ilk matçda rəqibini 3:1 hesabı ilə məğlub edən “Azərreyl”in “Lokomotiv” cavab oyunu saat 16:00-da başlayacaq.

0
0