“Biz mövsümün əvvəlindən istəyimizi açıqlamışdıq” - FOTO
02.04.2011 - 12:11
“Biz mövsümün əvvəlindən istəyimizi açıqlamışdıq” - FOTO
“Oyunun gərgin keçəcəyini yaxşı başa düşürük. Amma çətinliyə dözərək, yarışı uğurla baş vurmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Azərreyl” klubunun voleybolçusu Natalya Hanıkoğlu deyib.

Rusiya və Türkiyə millilərinin sabiq üzvü bildirib ki, bu gün baş tutacaq “Çelenc Cup” turnirinin final mərhələsinin cavab qarşılaşmasında “Lokomotiv”in qələbə qazanmasına imkan verməyəcəklər: “Biz hələ mövsümün əvvəlindən çempion olmaq istəyimizi açıqlamışdıq. Bizi bu arzumuzdan cəmi 1 oyun ayırır. İlk matçda 3:1 hesabı ilə qələbə qazandığımızdan üstünlük bizim tərəfimizdədir. Məğlub olsaq belə, “Qızıl set”ə ümid edəcəyik. Amma komandamız bu barədə fikirləşmir. Çalışacağıq ki, “Lokomotiv”in revanş etmək istəyinə imkan verməyək və hər qələbəni əsas vaxtda qazanaq”.
0