Azərbaycan çempionu mayın 8-də müəyyənləşəcək
02.04.2011 - 15:09
Qadın voleybolçulardan ibarət Azərbaycan Super Liqasının final mərhələsinin başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakının “Rabitə”, “Azərreyl”, “İqtisadçı” və “Lokomotiv” klublarının mübarizə aparacaqları həlledici oyunlara aprelin 19-da Mingəçevirdə start veriləcək.
Burada baş tutacaq ilk 3 turun ardınca komandalar növbəti oyunlarını Masallıda keçirəcəklər. Həmin matçlar 28 aprel – 1 may tarixlərinə təsadüf edəcək.
Final mərhələsinin axırıncı 3 turu isə Bakıda olacaq. Mayın 5-də başlayacaq oyunlar 3 gün davam edəcək və Azərbaycan çempionunun adı dəqiqləşəcək.
Xatırladaq ki, bu mərhələdə komandaların ilk 2 dövrədəki nəticələri hesaba alınmayacaq.

0
0