Azərbaycan voleybol tarixində yeni rekord
02.04.2011 - 17:33
“Azərreyl” yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”ın finalında “Lokomotiv”ə qalib gələn Vüqar Əliyevin yetirmələri çempion adını qazanmaqla, Azərbaycan klubları arasında adlarını tarixə yazdırıblar.
Belə ki, 2001/2002-ci illər mövsümündə “Top komandalar” (indiki CEV kuboku) kubokunun başı üzərinə qaldıran “Azərreyl” bu dəfə də qalib olub və Avrokuboklarda fəxri kürsünün ən yüksək pilləsinə 2 dəfə qalxan komanda adına yiyələniblər.
Qeyd edək ki, “Azərreyl” “Top komandalar” kubokunu qazanan vaxt komandanı yığmanın baş məşqçisi Faiq Qarayev çalışdırırdı.

0
0