“Mən mikrofon tuturam, başqaları oxuyur” - MÜSAHİBƏ
04.04.2011 - 13:00
Bakının “Lokomotiv” klubunun “Çelenc Cup” turnirində II yeri tutmasına Bolqarıstan mətbuatı da yer ayırıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız bu komandada forma geyinən yığmalarının aparıcı voleybolçusu Mariya Filipovadan müsahibə alıblar. Filipova müsahibəsində finala gedən yoldan, Super Liqadan və boş vaxtlarını Bakıda necə keçirmələrindən danışıb.
- Bu mövsüm Azərbaycan voleybolunda canlanma var. Xüsusilə, Bolqarıstanın aparıcı voleybolçuları bu ölkəyə yollanırlar. Bəs sizin Bakıya yollanmaq marağınız necə yarandı?
- Azərbaycanda bu gün çox yüksək səviyyəli komandalar formalaşıb. Burda dünyanın ən güclü voleybolçuları cəmləşiblər. Ölkə çempionatında ciddi rəqabət var və çox maraqlı keçir. Birincilikdə 6 komanda mübarizə aparır ki, bunlardan 4-ü Avrokuboklarda çıxış edirdi. Yığmamızın üzvü Diana Nenovanın şərəfini qoruduğu “Rabitə” Çempionlar Liqasının finalına kimi irəlilədi. “Azərreyl” və “Lokomotiv” “Çelenc Cup” turnirinin həlledici görüşündə üz-üzə gəldi. Digər klub – “İqtisadçı” isə analoji yarışın yarımfinalında bizə uduzdu.
- Klubdakı şərait sizi qane edirmi?
- Əlbəttə. Hər şey yaxşıdır. Hətta mən gözlədiyimdən də əla səviyyədədir.
- Azərbaycan Super Liqası barədə nə deyə bilərsiniz? Komandalar arasında fərq çox böyükdürmü?
- 6 komanda arasında elə də ciddi fərq yoxdur. Onların hamısının heyətində güclü voleybolçu yer aldığından hər oyun gərgin keçir. Qarşılaşmaların hamısı isə eyni kompleksdə - “Sərhədçi” Olimpiya Kompleksində oynanılır. Çempionat gərgin keçdiyindən isə bu arena bütün oyunlarda dolu olur. Azərbaycanda voleybola maraq da yüksəkdir və azarkeşlər hər matçda komandalarını dəstəkləyirlər.
- “Çelenc Cup” turnirinə yekun vuruldu. Siz isə yarışın finalında iştirak etdiniz...
- Bu mərhələyə kimi çıxışımız yaxşı alındı. Ağır oyunlar keçirdik, güclü komandaları mübarizədən kənarlaşdırdıq. Həlledici oyuna vəsiqə qazananda sevincimizin həddi-hüdudu yox idi. Hamımızda sözlə ifadə edilə bilməyəcək xoş hiss yaranmışdı.
- Amma sonluq uğursuz oldu. “Azərreyl”ə məğlubiyyət sizdə məyusluq yaratdımı?
- Təbii. Finalda bütün komandada əsəbilik var idi. Lakin vicdanla demək lazımdır ki, “Azərreyl” yüksək səviyyəli komandadır və layiq olduqları qələbəni də qazandılar. Onların heyətində çıxış edən həmyerlimiz İlyana Petkova əla mövsüm keçirir. Amma artıq təəssüflənməyə dəyməz. Finalda oynadığımız üçün də şadıq və qarşıda bizi Super Liqada daha ciddi görüşlər gözləyir. Uduzduqdan sonra baş məşqçimiz Draqutin Baltiç də dedi ki, ruhdan düşməyin. Çünki növbəti oyunlarda özünüzü göstərməlisiniz və burada gücünüzü ortaya qoymalısınız.
- Super Liqada hədəfiniz nədir?
- Burada təsnifat mərhələsi yekunlaşıb. Gözlənilən komandalar növbəti mərhələyə yüksəlib. Bizi isə burada çox çətin oyunlar gözləyir. Son mərhələyə ciddi hazırlaşırıq və burada qalib olsaq, çox sevinərəm.
- Komandanızın baş məşqçisi Draqutin Baltiç və italiyalı Marçelo Abondança Bolqarıstan yığmasına əsas namizəddirlər. Bu bərədə nə deyə bilərsiniz? Əgər seçim imkanınız olsa, hansına üstünlük verərdiniz?
- Baltiçin hər komandada tərəqqi edə biləcəyinə şübhəm yoxdur. Amma Abondançanın da təcrübəsi kifayət qədərdir. Onun çalışdığı klub A seriyasında uğurlu çıxışı ilə fərqlənir. Bunun üçün baş məşqçi seçimində mənim üçün ciddi fərqi yoxdur. Əsas odur ki, seçiləcək mütəxəssis yığmamıza medal qazanmaqda kömək etsin.
- Bəs Azərbaycanda çətin oyundan sonra necə istirahət edirsiniz?
- İstirahət oyunun ertəsi gün olacaq məşqdən asılıdır. Biz boş olanda, qızlarla bara getməyi xoşlayırıq. Bu zaman vaxtımızı çox şən keçiririk.
- Oxumağı da sevirsiniz?
- Yox. Mən sadəcə, mikrofonu tuturam, başqaları oxuyur. Hətta mikrofon hər ehtimala qarşı bəzən söndürülmüş olur. Bizim 1-2 sevimli mahnımız var və həmişə onu oxuyuruq.

0
0