Azərbaycan çempionu Şəmkirdə müəyyənləşəcək
06.04.2011 - 09:14
Bu gün voleybolçu kişilər arasında Azərbaycan çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, Şəmkir Olimpiya İdman Kompleksində keçiriləcək yarışda 6 komanda çempion adı uğrunda yarışacaq.
Aprelin 9-da yekunlaşacaq birincilikdə “Sumqayıt”, “Kürdəmir”, “Masallı”, “Şəki”, “Bərdə” və Bakının “Sərhədçi” komandaları mübarizə aparırlar.
Qeyd edək ki, İsmayıllı və Kürdəmir zonalarında keçirilən təsnifat mərhələsində ilk 3 yerləri tutmuş komandalar final mərhələsinə vəsiqə qazanmışdılar.

0
0