Şamil Şamxalovun xatirə turniri təxirə düşdü
06.04.2011 - 11:07
Qadın voleybolçular arasında keçirilməsi planlaşdırılan Şamil Şamxalovun xatirə turniri təxirə salınıb. Bu barədə apasport.az saytına Voleybol Federasiyasından məlumat verilib.
Aprelin 12-də start götürməli olan yarışın təxirə salınması isə Super Liqanın final mərhələsinə az vaxt qalması ilə əlaqələndirib. Belə ki, bu addım həlledici oyunlarda qüvvəsini sınayacaq “Rabitə”, “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı”nın son mərhələyə yaxşı hazırlaşması üçün atılıb.
Qeyd edək ki, federasiya Azərbaycan kubokunun əvəzinə adıçəkilən xatirə turnirini keçirəcək.

0
0