Azərbaycan yığması IV səbətdə yer aldı
07.04.2011 - 09:29
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində rəqiblərinin adı aprelin 27-də müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, son qitə çempionatında uğursuz çıxış edən Rəfiqə Şabanovanın yetirmələri püşkatma mərasimində sonuncu – 4-cü səbətdə yer alacaqlar. Bunun üçün bu dəfə onlar reytinqinə görə özlərindən daha güclü komandalarla mübarizə aparmalı olacaqlar.
Avro-2012-yə öncə təsnifat mərhələsi ilə start veriləcək. Burada Finlandiya, Böyük Britaniya, Yunanıstan və İsrail mübarizə aparacaqlar ki, onlardan da 2 ən güclüsü növbəti mərhələyə vəsiqə qazanacaqlar. Burada isə onlar milli komandamızla yanaşı, IV səbətdə yer alacaqlar.
I səbət: Rusiya, Rumıniya, İspaniya, Fransa, Danimarka, İsveç, Almaniya.
II səbət: Macarıstan, Xorvatiya, Çernoqoriya, Ukrayna, Makedoniya, Avstriya, Serbiya.
III səbət: Belarus, Slovakiya, Portuqaliya, İslandiya, Sloveniya, Türkiyə, Polşa.
IV səbət: Çexiya, Litva, İtaliya, İsveçrə, Azərbaycan, təsnifat mərhələlərinin 2 ən güclüsü.
Qeyd edək ki, püşkatma mərasimi Avstriyanın paytaxtı Vyanada olacaq. Burada komandalar 7 qrupa bölünəcək. Qrup mərhələsində ən yaxşı 2 yığma Hollandiyada baş tutacaq final mərhələsinə yüksələcək.
Artıq həlledici oyunlarda qüvvəsini sınayacaq 2 komandanın adı isə məlumdur. Son Avropa çempionu Norveç və ev sahibi Hollandiya final mərhələsində rəqiblərini gözləyir.

0
0