“Mən komandamdan belə oyun gözləmirdim”
07.04.2011 - 11:48
Gənc həndbolçu oğlanlardan ibarət Azərbaycan milli komandası aprelin 10-da Gürcüstana yollanacaq. Yığmamızın baş məşqçisi Hikmət Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, səfərdə əsas məqsəd bu ölkənin Super Liqasında iştirak xarakteri daşıyır.
Belə ki, Gürcüstan çempionatında 5 klub qüvvəsini sınadığından millimiz orada cütlük təşkil etmək üçün müsabiqədənkənar mübarizə aparır. Artıq ilk dövrədən sonra həndbolçularımız II pillədə qərarlaşıb. Hikmət Abdullayevin yetirmələri I dövrədə “Kutaisi”, “Universitet” və gənclərdən ibarət komandaya qalib gəldiyi halda, “Batumi” ilə heç-heçə ediblər. Həmyerlilərimiz yalnız son çempion “Tbilisi” ilə dueldən məğlub ayrılıblar. Baş məşqçinin sözlərinə görə, “Çelenc Cup” turnirinə hazırlıq məqsədi daşıyan hazırlıqda komandasından belə oyun gözləmirmiş: “İlk dövrədə yetirmələrim çox yaxşı oyun nümayiş etdirdilər. Onların beynəlxalq təcrübəsi az olsa da, Gürcüstanda əzmkarlıqlarının şahidi oldum. Sözün düzü, mən komandamdan belə oyun gözləmirdim. Hətta “Batumi”ni də məğlub edə bilərdik. Lakin 6 top irəlidə olsaq da, sonda təcrübəsizliyin qurbanı olduq. Amma heyətimizdə gələcəyin perspektivli uşaqları yer alırlar. Fikrimcə, bu gənclər tezliklə əsas komandamızın aparıcı üzvlərinə çevriləcəklər”.
Qeyd edək ki, Gürcüstan çempionatının II dövrəsi aprelin 12-17-də keçiriləcək. Son oyunlar isə mayın 2-6-da olacaq.

0
0