Adnan Kistak: “Beşiktaş”ın maraq dairəsində olmağımı ilk dəfə sizdən eşidirəm
07.04.2011 - 12:29
“Mənə hələ heç bir təklif gəlməyib. Azərbaycandakı işimdən razıyam və burada fəaliyyətimi davam etdirirəm”. Bunu apasport.az saytına açıqlamasında “Şirvan” voleybol klubunun baş məşqçisi Adnan Kistak deyib.
Türkiyəli mütəxəssis adının “Beşiktaş” klubunun baş məşqçisi postunda hallanmasına münasibət bildirib: “Bunu ilk dəfə sizdən eşidirəm. Hələ mövsüm bitməyib. Bunun üçün yəqin ki, bütün təkliflər bir müddət sonra ediləcək. Lakin mən Bakıda çalışmaqdan qürur duyuram. Buna görə də hələ ki Azərbaycanı tərk etməyi düşünmürəm. Amma “Beşiktaş”dan təklif gələcəyi halda bir qədər fikirləşdikdən sonra konkret cavab verə bilərəm”.
Ötən il Bakının “Azərreyl” klubunu çalışdıran Kistak “dəmiryolçularla” 4-cü olduğu halda, bu mövsüm çalışdırdığı “Şirvan”la Super Liqada 6-cı yeri tutub. Bu isə onun klubunun final mərhələsindən kənarda qalması ilə nəticələnib.
Qeyd edək ki, “Beşiktaş” klubunun baş məşqçisi postunda digər namizəd isə Bakının “İqtisadçı” komandasının belçikalı çalışdırıcısı Jan De Brandtdır.

0
0